Səudiyyə Ərəbistanı ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Yəməndə Husi üsyançıları ilə toqquşmadan sonra Səudiyyə Ərəbistanının silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, müvafiq əmr üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra verilib. Raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Yüksək hazırlığın digər səbəbi Yəmənlə sərhəddəki Cizan əyalətində üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB