Fransa 40-a yaxın Rusiya vətəndaşını deportasiya etməyi planlaşdırır
Fransanın Arras şəhərində lisey professorunun qətlindən sonra ölkə hökuməti 39 Rusiya vətəndaşını deportasiya etmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, “BFMTV” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
Onun sözlərinə görə, radikallaşmada şübhəli bilinən 60-a yaxın rusiyalı inzibati həbsdədir. Onlardan 39-u Rusiya hakimiyyətinin razılığı ilə ölkədən çıxarılmalıdır.
Qeyd olunur ki, professor Dominik Bernardın Arrasda rus əsilli “S” radikal qruplaşması tərəfindən öldürülməsindən sonra hökumət sərtlik nümayiş etdirmək istəyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB