Onlar Ramzanın oğluna mükafat vermədilər, görəsən niyə..?

Onlar Ramzanın oğluna mükafat vermədilər, görəsən niyə..?

...Şimali Qafqazın iki respublikası - Adıgey və Kabardin-Balkariya öz mükafatlarını Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adama verməkdən imtina edib.

Təbii ki, bu da Ramzana “xoş gəlməyə bilər”.

Çünki, SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan rəhbərliyi bu və digər Şimali Qafqaz respublikalarının administrasiyalarına kiçik Kadırova “dəstək” verilməsi xahişi ilə müraciət edib.

Qeyd edim ki, bunu mən özümdən demirəm, həmən o, iki respublikanın iddialarına istinad edirəm.

“Verstka” nəşrinin mənbələrinə görə, Adıgey rəhbəri Murat Kumpilov Çeçenistanla həddən artıq sıx əlaqələrdən, xüsusən də Adam Kadırovun Quranı yandırdığına görə həbs edilən Nikita Juraveli döyməsi hekayəsindən “uzaqlaşmağa” üstünlük verir.

Onlar iddia edirlər ki, Kadırovun dəstəyi baş verənlərə aydın qiymət verməyən federal mərkəz tərəfindən “birmənalı şəkildə qiymətləndirilə bilər”.

Xatırladaq ki, Sentyabrın sonunda Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında 15 yaşlı oğlu Adəmin Quranı yandırmaqda ittiham olunaraq həbs edilən 19 yaşlı Nikita Juraveli döydüyü video yayımlamışdı.

...Oktyabrın 6-da Çeçenistan rəhbərliyi Adam Kadırovu Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görüb.

Və daha sonra kiçik Kadırov Tatarıstanın ikinci ən mühüm ordeni olan “Duslık” ordeni ilə mükafatlandırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə