ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenə də pərəstişkarlarına yanlış olaraq Macarıstanın Rusiya ilə həmsərhəd olduğunu deyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tramp bazar günü Ayova ştatında keçirilən mitinqdə çıxış edərək başqa bir müddətə prezident olmaq üçün kampaniyasını davam etdirib.
Lakin Trampın çıxışı onun Şərqi Avropa coğrafiyası haqqında məlumatının az olduğunu göstərib.
... Viktor Orban haqqında kimsə eşidibmi? O, Macarıstanın sədridir. Macarıstan isə həm Ukrayna, həm də Rusiya ilə həmsərhəddir.
Qeyd edək ki, son qısa müddətdə ikinci dəfədir ki, Tramp səhvən Macarıstanın Rusiya Federasiyası ilə sərhədi olduğunu bəyan edir.
Belə ki, bu yaxınlarda, oktyabr ayında Nyu-Hempşirdə keçirilən başqa bir kampaniya tədbirində Tramp səhvən Orbanı Türkiyənin lideri adlandırmışdı və Orbanın Rusiya ilə “cəbhəsi” olduğunu söyləmişdi.
Tramp daha əvvəl Orbanı tərifləyib və onun idarəetmə tərzini “liberal demokratiya” adlandırıb.
Yeri gəlmişkən, Orban da öz növbəsində “borclu qalmamış” və Trampın 2016-cı il prezidentlik kampaniyasını dəstəkləyən ilk Avropa lideri olmuşdu.
O, həmçinin 2024-cü il kampaniyasında və keçmiş ABŞ prezidentinə qarşı məhkəmə işlərində Trampı açıq şəkildə dəstəkləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB