Nepalın baş naziri Puşpa Kamal Dahalın dəvətilə ölkənin Himalay bölgəsinə səfər edən A.Quttereş “X” sosial media platformasında açıqlama verərək yazıb ...
"Bu dəliliyi dayandırmalıyıq"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş iqlim böhranının təsirlərinin artdığına diqqət çəkərək "Bu dəliliyi dayandırmalıyıq" dedi.

SİA-nın əldə etdiyi məlumata görə, Nepalın baş naziri Puşpa Kamal Dahalın dəvətilə ölkənin Himalay bölgəsinə səfər edən A.Quttereş “X” sosial media platformasında açıqlama verərək yazıb: “Himalaydakı buzlaqlar həddindən artıq sürətlə əriyir. Biz temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmalıyıq. Buzlaqlar əriyir və geri dönüş yoxdur. Biz BMT-nin iqlim planına uyğun olaraq hərəkət etməliyik.

İqlim böhranı sel və torpaq sürüşmələrini artırır ki, bu da öz növbəsində bölgəyə ciddi zərbə vurur. Biz bu dəliliyi dayandırmalıyıq."

Nepalın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında BMT baş katibi Nepal və iqlim problemlərindən əziyyət çəkən digər ölkələrə dəstəyin artırılmasının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə