“Türkiyə ehtiyacı olanlara hər zaman əl uzadacaq!”

Ərdoğan: “Yeni əsr Türkiyənin əsri olacaq”
“Türkiyə ehtiyacı olanlara hər zaman əl uzadacaq!”

Türkiyə harada olursa olsun ehtiyacı olanlara hər zaman əl uzadacaq. Beləliklə, yeni əsr “Türkiyə əsri” olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə prezidenti cümhuriyyətin 100 illik yubileyi münasibətilə xalqa müraciət edib.

Müraciət zamanı o, qarşıdakı əsrin “Türkiyə əsri” olacağına əminliyini ifadə edib.

“1923-cü il oktyabrın 29-da elan etdiyimiz Cümhuriyyət bu gün birinci əsrini başa vuraraq “Türkiyə yüzilliyi” adlandırdığımız ikinci əsrinə qədəm qoyur”

Rəcəb Tayyib Ərdoğan deyib bunu.

O, daha sonra, respublikanın hər zaman ehtiyacı olanlara əl uzadacağını bildirib.

Onun dediyinə görə, bu, Asiya və Qafqazda, Fələstin və Türküstanda da baş verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə