Rusiya səfiri İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Fələstinin HƏMAS hərəkatının daha əvvəl Moskvaya gəlməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib və səfirə etiraz bildirildiyini bildirib.

Qeyd olunur ki, Xarici İşlər Nazirliyinin baş direktorunun Avrasiya məsələləri üzrə müavini, səfir Simone Halperin Moskvanın HƏMAS-ı qınamalı olduğunu deyib.

Xatırladaq ki, HƏMAS nümayəndələri oktyabrın 26-da Moskvaya gəlmişdilər. Tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Fələstin dövlətinin yaradılması təklifini yüksək qiymətləndirib.

Bir daha xatırladaq ki, İsrail və Fələstin arasında müharibə oktyabrın 7-də Həmas yaraqlılarının işğalı ilə başlayıb. İsrail hazırda Qəzza zolağında quru əməliyyatı keçirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə