Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə dini zəmində mümkün müharibə barədə xəbərdarlıq edib. O, bunu İstanbulda Fələstinə dəstək məqsədilə təşkil edilən mitinqdə bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,Türkiyə lideri çıxışı zamanı Fələstin bayrağının rənglərində yaylıq taxıb.
Daha əvvəl Ərdoğan bildirib ki, Qəzza zolağında humanitar vəziyyətə görə məsuliyyətin bir hissəsi Qərb dövlətlərinin üzərinə düşür. Türkiyə prezidenti bunu onların atəşkəsə çağırmamaları ilə əlaqələndirib.
…İsraili isə “dəlilik vəziyyətindən” dərhal çıxmağa çağıran Ərdoğan qeyd edib ki, Qəzzanın davamlı bombalanması yenə qadınları, uşaqları və günahsız yerli sakinləri hədəf alır. Bu, humanitar böhranı dərinləşdirir. Ona görə yəhudi dövləti hücumları dayandırmalıdır.
Bu arada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də Qəzza zolağında hər hansı quru əməliyyatlarının dinc əhalinin həyatını təhdid etdiyi üçün qəbuledilməz olduğunu bildirib. “Krallıq qardaş Fələstin xalqına qarşı beynəlxalq hüququn bu kobud və əsassız pozulmasının davam etməsi təhlükəsi, həmçinin onların dünyada eləcə də regionda sabitlik üçün ciddi nəticələri barədə xəbərdarlıq edir”.
Bu isə Səudiyyə Ərəbistanı XİN-in bəyanatında deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB