Baydenlə Çinin XİN başçısı ikitərəfli münasibətləri müzakirə ediblər

Baydenlə Çinin XİN başçısı ikitərəfli münasibətləri müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden və Çinin xarici işlər naziri Van İ ölkələr arasında ikitərəfli münasibətləri və rəqabəti müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident qeyd edib ki, həm ABŞ, həm də Çin Xalq Respublikası öz münasibətlərində rəqabətə məsuliyyətlə yanaşmalı və açıq ünsiyyət xətlərini saxlamalıdırlar”, - məlumatda bildirilir.

Bayden həmçinin qeyd edib ki, ABŞ və Çin qlobal problemlərin həlli üçün birgə işləməlidir.

ABŞ Prezidenti Çinin 68 yaşında vəfat edən keçmiş Dövlət müşaviri Li Keçyanqın vəfatı ilə də bağlı başsağlığı verib.

Qeyd edək ki, Van İ oktyabrın 26-dan 28-dək Vaşinqtonda olacaq. O, həmçinin ABŞ dövlət katibi Entoni Blinken və ölkənin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə