Ukraynalı əsirlərlə dəyişdirilən Medvedçuk özünə yaxta alıb?

Ukraynalı əsirlərlə dəyişdirilən Medvedçuk özünə yaxta alıb?

...Kiyev və Moskva arasında əsir mübadiləsindən sonra Rusiyada yaşayan keçmiş ukraynalı deputat Viktor Medvedçukun yeni yaxtasını tapıblar.

Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, KİV-in “Putinin xaç atası” adlandırdığı Medvedçukun ailəsi onu Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə dəyişdikdən sonra 9,5 milyon dollardan çox dəyərində yaxta alıb. Söhbət İtaliyanın “Ferretti Group” şirkətinin istehsalı olan “Pershing 9X” yüksək sürətli yaxtasından gedir. 28 metrlik gəminin göyərtəsində 8 yanalma yeri olan dörd kabinə var. Nəşr qeyd edir ki, ümumilikdə yaxta 20-yə qədər qonağı qəbul edə bilər.

Gömrük məlumatlarına istinadən “Verstka” yazır ki, “Amore Mio” adlı gəmi tamamilə yeni görünür. Gəminin bu il istifadəyə verildiyi deyilir. Gəmi iyulun 26-da Rusiya gömrüyündən keçib.

Deyilənlərə görə, yaxta Palau bayrağı altında Rusiya sularına yaxınlaşıb, yükgöndərən isə BƏƏ-dən olan Lavel Fzco kimi qeyd edilib.

Xatırladaq ki, Rusiyada yaxtanın alıcısı “Renessans” şirkətidir. 24 fevral 2021-ci il tarixli audit hesabatına əsasən, bu şirkətin benefisiar sahibi Medvedçukun həyat yoldaşı Oksana Marçenko olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə