Moskva Ukraynanın bərpası üçün pul ödəməlidir!

Avropa İttifaqı sammitində liderlərin əksəriyyəti Kiyevə yeni yardımı dəstəkləyib
Moskva Ukraynanın bərpası üçün pul ödəməlidir!

Brüssel sammitində Avropa İttifaqı liderlərinin əksəriyyəti Rusiyanın hərbi müdaxiləsinə qarşı Ukraynaya daha çox maliyyə dəstəyi verilməsini dəstəkləyib. Eyni zamanda, hökumətlərinə Moskva ilə əlaqə saxlamağı müdafiə edən siyasətçilərin rəhbərlik etdiyi Macarıstan və Slovakiya bəzi qeyd-şərtlər ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yekun qərar dekabrda verilməlidir.

Avropa Komissiyası blokun 27 üzv ölkəsinin 2027-ci ilə qədər əlavə xərclər üçün büdcələrini nəzərdən keçirərkən daha çox vəsait ayırmasında israr edir. Brüsselin planlarına görə, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ayrılmış təxminən 83 milyarda əlavə olaraq Kiyevə təxminən 50 milyard da avro ayırmalıdır.

Avropa İttifaqının icra başçısı Ursula fon der Leyen də cümə günü keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının dondurulmuş Rusiyanın dövlət aktivlərindən əldə edilən gəlirin bir hissəsini Ukraynaya və onun müharibədən sonrakı bərpasına kömək etmək üçün istifadə etmək təklifi üzərində işlənildiyini bildirib.

Von der Leyen qeyd edib ki, Ukraynaya hücuma görə sanksiyalar çərçivəsində dondurulan suveren Rusiyanın aktivlərinin həcmi hazırda 211 milyard avro təşkil edir. Avropa Komissiyasının rəhbəri Avropa blokunun artıq razılaşdırılmış mövqeyini xatırladıb, yəni Moskva Ukraynanın bərpası üçün pul ödəməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə