İsrail Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin Moskvaya dəvətini terrorizmə dəstək kimi qiymətləndirir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyi bildirib.
“HƏMAS “İslam Dövləti”ndən daha pis terror təşkilatıdır. İsrail HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Moskvaya dəvətini terrorizmi dəstəkləyən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən ədəbsiz addım kimi qiymətləndirir”.
Qeyd edək ki, RBC bunu İsrail Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.
Onu da qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Rusiya hökumətini “HƏMAS terrorçularını dərhal qovmağa” çağırıb.
Xatırladaq ki, oktyabrın 26-da Siyasi Büro üzvü Əbu Mərzuk başda olmaqla Fələstin hərəkatının nümayəndələrinin səfər üçün Moskvaya uçduğu barədə daha əvvəl məlumat verilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, görüşdə girovların azad edilməsi, həmçinin Qəzza zolağından rusların və əcnəbi vətəndaşların təxliyəsi müzakirə edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB