Pilotları zəhərləmək istəyib..?

Pilotları zəhərləmək istəyib..?

Bu arada rusiyalı müstəntiqlər Armavir Ali Hərbi Aviasiya Qırmızı Bayraqlı Pilotlar Məktəbinin məzunlarına zəhərli tort və spirt göndərən melitopolluya qarşı cinayət işi açıblar.

SİA-nın əldə etdiyi məlumata görə, müəyyən edilib ki, həmin şəxs pilotları öldürmək məqsədi ilə tərkibində böyük zəhərli dozada tibbi dərman olan malların çatdırılmasını təşkil edib.

Qeyd edək ki, məhsullar götürüldükdən sonra ekspertizalar aparılıb. Müstəntiqlər bütün hadisə şahidlərini də dindiriblər.

Məlum olub ki, melitopollu 2015-ci ildən Rusiyada yaşayır. Hazırda o, saxlanılıb və terror aktı maddəsi ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə