Ukrayna 300 kilometr mənzilli ATACMS alacaq

Ukrayna 300 kilometr mənzilli ATACMS alacaq

Ukrayna hərbçiləri yəqin ki, gələn ilin əvvəlində uçuş məsafəsi 300 kilometrə çatan ATACMS raketləri ilə təmin olunacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, Charter97.org bu barədə "Amerikanın səsi"nin jurnalisti Miroslava Qonqadzeyə Tvitter hesabında istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli rəsmisi bildirib ki, ölkəmizin hərbi komandanlığı müttəfiqlərin hərbi komandanlığı ilə görüş keçirib.

Görüşdən sonra tərəflər Ukraynaya silah tədarükü tempinin aşağı düşməyəcəyi, hərbçilərimizin yanvarda 300 kilometr mənzilli yeni raketlər alacağı barədə razılığa gəliblər, adını açıqlamayan rəsmi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə