Slovakiyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Slovakiyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Slovakiyada koalisiyalı hökumətin andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, sentyabrın 30-da baş tutan növbədənkənar parlament seçkilərində qalib gələn “İstiqamət – Sosial-Demokratiya” (Smer-SD) partiyasının rəhbəri, əvvəllər iki dəfə baş nazir olmuş Robert Fitso yeni hökumətə başçılıq edəcəkdir. Koalisiya tərkibində yer alan digər siyasi qüvvələr isə sosial-demokrat HLAS və sağçı-millətçi Slovak Milli Partiyasıdır (SNS).

Ekspertlər hesab edirlər ki, Ukraynanın Avropada əsas müdafiəçilərindən biri olan Slovakiyada hakimiyyətə gələn yeni qüvvələr rusiyameylli siyasət yürüdə bilərlər. R. Fitso seçki kampaniyasında dəfələrlə Rusiya ilə münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu və Ukraynaya silah tədarükünə son verilməsini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə