Fransalı siyasətçi Florian Filippot Avropa İttifaqını Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Fransa Vətənpərvərlər Partiyasının lideri X (Twitter) sosial şəbəkəsində müvafiq yazı dərc edib.
Onun dediyinə görə, Fransa hökuməti Kiyev rejiminə müntəzəm sponsorluq etməyi dayandırmalı və maliyyə vəsaitlərini səhiyyə ehtiyaclarına və pensiyalara yönəltməlidir.
Bundan əlavə, fransız siyasətçi Avropa Komissiyasının rəsmi Kiyevə növbəti maliyyə tranşı ilə bağlı qərarını belə şərh edib: “Avropa Komissiyasının yeni kommünikesi: “Komissiya Ukraynaya 1,5 milyard avro məbləğində əlavə yardım ayırır”! Bu, #Zelenski rejimi üçün aylıq ödənişdir! … Bu o deməkdir ki, Fransa daha 300 milyon avro ödəyəcək”.
...Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi səbəbindən Ukrayna mətbuatda getdikcə daha az xatırlansa da, lakin ora pul göndərilməkdə davam edir.
Filippota görə, guya fransızlar Yaxın Şərq üzündən bu barədə
Danışmasalar da, amma pul Ukraynaya çay kimi axmaqda davam edir! Və bu, yanvar ayından hər ay davam edir!
Fransıza görə, bu biabırçılıqdır!
Qeyd edək ki, bazar ertəsi, oktyabrın 23-də Ukraynanın baş naziri Denis Şmıqal Ukraynanın Avropa İttifaqından 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını aldığını açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB