64 yaşlı Krım sakininə yeni iş açılıb...

64 yaşlı Krım sakininə yeni iş açılıb...

Ilhaq edilmiş Krımda yaşayan və terror aktları hazırladığı iddiası ilə Rusiya hakimiyyəti tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilən ukraynayönlü fəal 64 yaşlı Oleq Prixodkoya qarşı daha iki cinayət işi açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu dəfə Prixodko terrorizmi təbliğ etməkdə və nasizmi reabilitasiya etməkdə ittiham olunur.

Qeyd edək ki, ona qarşı yeni iş açılmasına səbəb kimi qeyri-rəsmi “Vladimir Central” adı ilə tanınan krımlının həbsdə olduğu kamera yoldaşlarının “danozbazlığı” olub.

Belə ki, yerli hökumətyönlü medianın yazdığına görə, Prixodko türmədə olarkən məhbuslarla söhbətində terror hücumlarını təbliğ edib və İkinci Dünya Müharibəsi zamanı Hitler və onun tərəfdarlarının hərəkətlərini bəyəndiyini “dilindən qaçırıb”.

Xatırladaq ki, Oleq Prixodko 2019-cu ilin oktyabrında Krımda Federal Təhlükəsizlik Xidmət əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, buna səbəb onun ukraynayönlü mövqeyi olub: Prixodko açıq şəkildə Krımın ilhaqına qarşı çıxıb və Sakidəki evində Ukrayna dövlət bayrağını asıb.

2021-ci ilin martında Prixodko 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın məlumatına görə, o, Saki və Lvovda terror aktları törətməyə hazırlaşırmış.

Onu da xatırladaq ki, Prixodkonun qızı məcburi Vladimirə köçürülərkən atasının elektrik cərəyanı ilə işgəncələrə məruz qaldığını iddia edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə