Blinovskayanın ev dustaqlığı 3 ay da uzadıldı...

Blinovskayanın ev dustaqlığı 3 ay da uzadıldı...

Moskvanın Zamoskvoretski Məhkəməsi bloqqer Yelena Blinovskayanın ev dustaqlığının 3 ay müddətinə uzadılmasına qərar verib.

Belə ki, vergilərin yuyulması işində əli olan şəxs 26 yanvar 2024-cü il tarixinədək məhdudiyyətlər altında olacaq.

Əvvəllər həbs qətimkan tədbiri Moskvanın Presnenski Məhkəməsi tərəfindən seçilib və uzadılmışdı, lakin yurisdiksiya dəyişikliyinə görə ev dustaqlığının uzadılması məsələsinə Zamoskvoretski Məhkəməsi qərar verib.

Qalmaqallı bloqqerin müdafiəsi yüngülləşdirilməsini istəyib, bu dəfə vəkil ev dustaqlığı əvəzinə bəzi hərəkətlərə qadağa qoyulmasını istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bugünkü iclasda müstəntiq 2022-ci il üçün vergi ekspertizası tələb edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə