...Rusiya Federasiyasının Dövlət Duması Ermənistan vətəndaşlarının Rusiyada işləmək və bizneslə məşğul olmaq üçün sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb. Nəqliyyat Komitəsinin rəhbəri Yevgeni Moskviçev bəyan edib ki, belə bir qanunun qəbulu “hazırda ölkənin maraqlarına uyğun deyil”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC məlumat yayıb.
Xatırladaq ki, qanun layihəsi Dövlət Duması tərəfindən 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilmişdi.
Qeyd edək ki, RBC onun sonrakı baxılmasının dayandırılmasının təşəbbüskarı kimi Moskviçevin adını çəkir. Onu da qeyd edək ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların bu qərarını Ermənistan hakimiyyətinin ölkədə rus dilinin statusunu təmin etməməsi ilə izah edib.
“Rəhbərlik və hökumət rus dilinin statusunu möhkəmləndirmək üçün heç bir addım atmayıb və məhz buna əsaslanaraq biz Rusiyada digər ölkələrin milli sürücülük vəsiqələrinin istifadəsinə icazə vermək qərarına gəlirik”, - deyən Volodinin sözlərinə görə, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşları Rusiyada öz ölkələrinin sürücülük vəsiqələrindən istifadə edə bilərlər, çünki “rus dili konstitusiyaya uyğun olaraq onlarda təsbit edilib”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB