“LUKOIL” şirkətinin Direktorlar Şurasının sədri ölüb

“LUKOIL” şirkətinin Direktorlar Şurasının sədri ölüb

Bu arada “LUKOIL” şirkətinin Direktorlar Şurasının sədri Vladimir Nekrasov dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, onun 66 yaşı bu günlərdə tamam olubmuş.

Həkimlərin ilkin rəyinə görə, ölümün səbəbi kəskin ürək çatışmazlığı olub.

“LUKOIL PJSC Direktorlar Şurasının sədri Vladimir İvanoviç Nekrasovun qəfil vəfat etməsini dərin təəssüf hissi ilə bildiririk. Həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib”, - məlumatda deyilir.

Yada salaq ki, təxminən bir il əvvəl, 2022-ci il sentyabrın 1-də “LUKOIL” şirkətinin direktorlar şurasının keçmiş rəhbəri Ravil Maqanov Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq müəmmalı şəkildə dünyasını dəyişmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə