İranda hicab taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra komaya düşən 16 yaşlı Tehran sakini Armita Geravand dünyasını dəyişib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN İran dövlət mediasına istinadən xəbər verir.
“Tasnim” agentliyinin məlumatına görə, Geravandın saxlandığı klinikanın həkimləri qızı xilas etmək üçün hər cür səy göstərsələr də, sonda ona beyin ölümü diaqnozu qoymağa məcbur olublar.
İranlı hüquq müdafiəçilərinin bildirdiyinə görə, qız hicabsız olduğu üçün 2023-cü il oktyabrın 1-də metronun “Şohada” stansiyasında saxlanılıb.
İran-kürd insan haqları təşkilatı “Hengaw”un verdiyi məlumata görə, polis faktiki olaraq Geravanda hücum edib, o, ağır xəsarətlər alıb və nəticədə komaya düşüb.
Hüquq müdafiə mənbəsinin bildirdiyinə görə, qızı xəstəxanada İran təhlükəsizlik işçiləri qoruyub. Ziyarətçilərə, o cümlədən ailə üzvlərinə onu görməyə icazə verilməyib. Bundan əlavə, təhlükəsizlik qüvvələri reportaj çəkmək üçün xəstəxanaya gələn jurnalisti də saxlayıb.
Bu arada İran rəsmiləri polis zorakılığı ilə bağlı iddiaları təkzib edib və Geravandın huşunu itirdiyini iddia ediblər. Qeyd edək ki, dövlət mediası onun valideynləri ilə eyni fikri təkrarladıqları müsahibələri yayımlayıb.
Lakin Geravəndin anası bundan əmin olmadığını vurğulayır: “Məncə, qızımın təzyiqi düşüb, çox da əmin deyiləm, amma deyirlər ki, təzyiq aşağı düşüb”.
Hüquq müdafiəçilərinin fikrincə, hakimiyyət Geravandın valideynlərinə təzyiq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB