Qəzzada öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) 35 əməkdaşı Yaxın Şərqdə münaqişənin şiddətlənməsindən bəri həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, təşkilatın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib, bununla da oktyabrın 7-dən bu yana öldürülən işçilərin ümumi sayı 35-ə çatıb.

“Qəzza zolağı boyunca təxminən 600 000 məcburi köçkün UNRWA-nın 150 obyektində sığınacaq tapıb. Oktyabrın 7-dən bəri ümumilikdə 40 UNRWA obyekti zədələnib", - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə