Bu arada iranlı rəsmi, ABŞ-ın müharibəyə girəcəyi təqdirdə İranın Hörmüz boğazını bağlayacağını deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azad Iran Telegram kanalı məlumat yayıb.
Belə ki, İran parlamentinin hüquq məsələləri komissiyasının üzvü Həsən Novruzi “Didban-e Iran” saytına müsahibəsində İrandan İsrailə qarşı müharibəyə qoşun göndərilməsi məsələsinə toxunub.
“Vəziyyət kritikdir və bizdən xahiş etsələr, İsraillə müharibədə “müqavimət qüvvələrini” dəstəkləyəcəyik. Amerika birbaşa müharibəyə girərsə, Hörmüz boğazını bağlayacağıq”, - deyə o bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB