Rusların Avdeevkada güddüyü üç əsas məqsəd...

Rusların Avdeevkada güddüyü üç əsas məqsəd...

Artıq qeyd edildiyi kimi, Rusiya qüvvələri iki həftədən çoxdur ki, Donetsk vilayətinin Avdeevka bölgəsinə hücum edərək çoxlu sayda canlı qüvvə və texnikanı itiriblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş spikeri Vladislav Seleznev qeyd edib ki, ruslar bu istiqamətdə üç məqsəd güdürlər.

Nədir bu məqsədlər?

Deməli, Rusiya ordusuna üç əsas missiya həvalə olunub. Beləliklə, düşmən "DXR”in paytaxtının təhlükəsizliyini təmin etmək üçün Ukrayna Müdafiə Qüvvələrini Avdeevkadan uzaqlaşdırmağa çalışır.

Qeyd edək ki, ötən ay ukraynalı müdafiəçilərin 36-cı briqadanın bölməsinə hücumu yerli “qauleytçiləri” (alman sözüdür, , işğalçı və ya sadəcə olaraq xain mənasını verir-A.B.) ciddi şəkildə qorxudub, çünki döyüşlər Opıtnı rayonu ərazisində gedirdi. Opıtnıdan Spartak-a düz bir xəttlə - bu, nisbətən yaxın olan Donetsk mikrorayonudur. Onu da qeyd edək ki, Donetsk hava limanı da orada yerləşir.

Seleznev hesab edir ki, başqa bir missiya siyasi xarakter daşıyır. O xatırladıb ki, Rusiya Federasiyası Donetsk və Luqansk vilayətlərinin “azad edilməsi” şüarı altında Ukraynaya genişmiqyaslı işğala başlayıb.

...O vaxtdan artıq 19 ay keçir. Amma düşmənin öyünmək üçün imkanı yoxdur, xüsusən də Donetsk istiqamətindəki uğurları ilə...

Yaxşı, üçüncü missiya... Avdeevka istiqamətində hərəkət etməyə çalışan düşmən sistemli, metodik olaraq Ukrayna Müdafiə Qüvvələrini və özünü üstün hiss etdiyi ərazilərdə geri çəkilməyə çalışır.

Bunu da Seleznev bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə