60 milyon avro dəyərində oğurlanmış “skif qızılı” ələ keçirilib

Ukraynadan qeyri-qanuni ixrac edilən 60 milyon avro dəyərində qızıl əşyalar İspaniyada müsadirə edilib
60 milyon avro dəyərində oğurlanmış “skif qızılı” ələ keçirilib

Madriddə Ukraynanın tarixi irsinə aid dəyəri 60 milyon avrodan çox olan 11 qızıl əşyası müsadirə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri bazar ertəsi, oktyabrın 23-də TASS İspaniya milli polisinə istinadən yayıb.

Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə İspaniya polisi Madriddə əməliyyat keçirib, nəticədə beş nəfər saxlanılıb: üç İspaniya vətəndaşı və iki ukraynalı.

Beləliklə, Ukraynadan qeyri-qanuni mədəni sərvətlərin ixracı ilə məşğul olan cinayətkar təşkilatın fəaliyyətinin qarşısı alınıb. Müsadirə edilən zinət əşyaları arasında böyük tarixi və iqtisadi dəyəri olan əşyalar da olub. Onlar oğurlanıb və sonradan Madriddə satış üçün Ukraynadan qanunsuz olaraq ixrac edilib.

Müxtəlif dillərdə qızılı müşayiət etmək üçün verilmiş sənədlər onun Ukrayna Pravoslav Kilsəsinə aid olduğunu təsdiqləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə