Xarkovda dağıntıları təmizləmə işləri davam edir

Xarkovda dağıntıları təmizləmə işləri davam edir

Rusiyanın Xarkov vilayətində 6 nəfərin həyatını itirdiyi, 17 nəfərin yaralandığı poçt terminalına hücumu nəticəsində yaranan dağıntıların təmizlənməsi işləri davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın həyata keçirdiyi raket hücumunda “Nova Posta” terminalı zədələnib.

Xarkov Prokurorluğundan verilən açıqlamada hücum nəticəsində daha əvvəl 14 olduğu bildirilən yaralıların sayının 17-yə yüksəldiyi və bu şəxslərə lazımi tibbi dəstəyin göstərildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə