EAPM-ın ilk qadın prezidenti türkiyəli oldu

PERYÖN-in verdiyi açıqlamaya görə ...
EAPM-ın ilk qadın prezidenti türkiyəli oldu

Avropa İnsanların İdarə Edilməsi Assosiasiyasının (EAPM - European Association for People Management) ilk qadın prezidenti türkiyəli Berna Öztınaz oldu.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin İnsan İdarəetmə Dərnəyi – PERYÖN-ün Məsləhət Şurasının üzvü Berna Öztınaz dünyanın 34 ölkəsini təmsil edən Avropa İnsanların İdarə Olunması Dərnəkləri Assosiasiyası İdarə Heyətinin sədri seçilib.

PERYÖN-in verdiyi açıqlamaya görə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ilk dəfə olaraq Türkiyədən bir ad EAPM-in prezidenti seçildi - Berna Öztınaz həm də qurumun ilk qadın rəhbəri oldu.

B.Öztınaz eyni zamanda, Dünya İnsan İdarəetmə Assosiasiyaları idarə heyətində EAPM-ni təmsil edir.

Qeyd edək, 1979-cu ildə EAPM-in üzvü olan PERYÖN Türkiyədəki yeganə EAPM nümayəndəsi olub və daha sonra Dünya Federasiyasına (WFPMA) üzvlüyə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə