İsraildə 10 britaniyalı öldürülüb

İsraildə 10 britaniyalı öldürülüb

Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində həlak olan Britaniya vətəndaşlarının on nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 7-də HAMAS-ın hücumundan sonra yoxa çıxan 16 yaşlı qızın cəsədi bu yaxınlarda müəyyən edilib. "Onun ölümü ilə HAMAS hücumu başlayandan bəri öldürülən britaniyalıların sayı 10-a çatıb", - deyə kanal bildirir. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib.

Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Livana səfərdən çəkinməyi tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə