Rusiya Aerokosmik Qüvvələri Suriyada yaraqlıları vurub

Rusiya Aerokosmik Qüvvələri Suriyada yaraqlıları vurub

Rusiya Aerokosmik Qüvvələri Suriyanın İdlib bölgəsində yaraqlıların hədəflərinə üç hava zərbəsi endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ərəb Respublikasındakı müharibə edən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.

Rusiyalı hərbçinin dediyinə görə, hücum nəticəsində silah-sursat anbarı, təlim düşərgəsi və yaraqlıların qalası məhv edilib.

Kulit hava zərbələrinin terrorçuların təxribatlarının qarşısını almaq üçün həyata keçirildiyini deyib.

Rusların yazdığına görə, İdlib əyalətindəki oxşar hədəflər sentyabrın sonunda Rusiya Aerokosmik Qüvvələrinin hücumu zamanı məhv edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə