“ATACMS” Berdyansk və Luqansk aerodromlarına zərbələr endirib

Rusiya itkilərini hesablayır
“ATACMS” Berdyansk və Luqansk aerodromlarına zərbələr endirib

...Vizual olaraq təsdiqlənmiş məlumatlardan istifadə etməklə Ukrayna və Rusiyadakı hərbi itkilər haqqında məlumat toplayan “Oryx” analitik layihəsi işğalçıların işğal altında olan Berdyansk və Luqanskdakı aerodromlara son hücumu nəticəsində neçə helikopter itirdiyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Oryx” layihəsindən olan Yakub Janovski öz məlumatlarını X mikrobloqunda (Twitter) dərc edib.

Beləliklə, onunyazdığına görə, Ukrayna tərəfinin hücumu nəticəsində, yeddi Ka-52 Alligator və iki Mi-8 helikopteri məhv edilib. Səkkizi Ka-52 və yeddisi Mi-8 olmaqla daha 15 helikopter isə zədələnib.

Xatırladaq ki, oktyabrın 17-də ruslar Ukrayna ordusunun işğal altındakı Berdyansk və Luqanskdakı hərbi aerodromlara uzaqmənzilli raketlər atdığını bəyan ediblər. “Hərbi müxbirlər” və “Z” bloqçuları Rusiya qüvvələrinin ciddi itkiləri barədə məlumat veriblər.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri daha sonra DRAGONFLY əməliyyatının həyata keçirildiyini bildirib. Onlar doqquz helikopterin, xüsusi texnikanın, hava hücumundan müdafiə qurğusunun və sursat anbarının məhv edildiyini bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə