NATO həm İsraili, həm də Ukraynanı dəstəkləmək üçün kifayət qədər resurslara malikdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rumıniyanın “Digi 24” telekanalına müsahibəsində alyansın baş katibinin müavini Mirça Coana deyib.
“Düşünürəm ki, bizim ittifaq səviyyəsində kifayət qədər resursumuz var” deyən Coana əlavə edib ki, İsveç də daxil olmaqla 32 NATO ölkəsində 1 milyarddan çox insan yaşayır və qlobal ÜDM-in 50 faizdən çoxunu təşkil edir.
“Resurslarımız var... biz bu iki vəziyyətin öhdəsindən gələ bilərik”, - deyə baş katibin müavini əmin edib və alyansın Yaxın Şərqdəki vəziyyəti mümkün qədər tez sakitləşdirməyə eləcə də Ukraynaya dəstəyini davam etdirməyə ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Qərb və ABŞ diqqəti Şərqdə və Şərqi Avropada, Ukraynada baş verənlər arasında bölməyəcək.
Bu baş verməyəcək deyən Coana, əlavə edib ki, alyans iki birbaşa təhdid müəyyən edib: “Rusiya və terrorizm”. NATO-nun onlar üçün “xüsusi müdafiə planları” var.
Yeri gəlmişkən, ABŞ prezidenti Konqresə İsrail və Ukrayna üçün 100 milyard dollar tələb hazırlayır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB