“Xalqımız əlimizdən gələn hər şeyin edildiyini bilməlidir” ..

Sosial media hesabından verdiyi məlumatda F.Koca deyib .
“Xalqımız əlimizdən gələn hər şeyin edildiyini bilməlidir” 
..

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Prezident Aparatına aid təyyarənin Qəzzaya kömək etmək üçün dərman, tibbi ləvazimat və 20 mütəxəssisdən ibarət həkim qrupu ilə Misirə yola düşəcəyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sosial media hesabından verdiyi məlumatda F.Koca deyib: “Misirin səhiyyə naziri Xalid Əbdül Qaffarla danışdıq. 20 nəfərlik tibbi ekspert qrupumuz Misir səlahiyyətlilərilə Qəzza xalqına ehtiyac duyulan dərman, tibbi ləvazimat və cihazları müəyyənləşdirəcək. Komandamız Misir Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirilən planlar çərçivəsində Ariş Hava Limanı və “Rəfah” Sərhəd Qapısında qurulacaq sahə xəstəxanalarımızın texniki-iqtisadi əsaslandırmalarını da həyata keçirəcək. Bu fəaliyyətlərlə yanaşı, Misir Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən ehtiyaclar siyahısındakı tibbi cihaz və materialları 3 yük təyyarəmizlə Ariş hava limanına göndərəcəyik. Lazımi koordinasiya tamamlandıqdan sonra səhra xəstəxanaları və təcili yardım maşınlarının gəmi ilə bölgəyə göndərilməsi planlaşdırılır.

Dünyadakı bütün həssas insanların qəlbinə sevinc bəxş edəcək bir səyimiz var. Yardımların “Rifah” qapısından keçməsilə ilk yardımımıza başlamış olacağıq. Bəşəriyyətin gözü Qəzza üçün hərəkətə keçə biləcək ölkələrdədir. Xalqımız əlimizdən gələn, mümkün olan hər şeyin edildiyini bilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə