İşçilər 33 mərtəbəli binadan asılı qalıb

İşçilər 33 mərtəbəli binadan asılı qalıb

Braziliyanın San-Paulu şəhərində 33 mərtəbəli tikinti meydançasında tikinti iskelesi çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qorxunc anlar kamerada əks olunarkən fəhlələr metrlər hündürlüyündə asılıb. Yerli mətbuatın məlumatına görə, səkkiz işçi iskele çökdükdən sonra 150 metr yüksəklikdə sıxışıb qalıb.

Görüntülərdə fəhlələrdən bəzilərinin naəlaclıqdan kabellərdən yapışaraq boşluqdan yuxarı sallandığı görünür. Hadisənin şahidi Lidiane Dias yerli mediaya bildirib ki, dağıntılar altında qalan işçilər kranın köməyi ilə qəzadan "bir neçə dəqiqə" sonra yerindəcə xilas edilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə