Bu arada Qazaxıstan hakimiyyəti Rusiyaya 106 növ malın tədarükünə qadağa qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, “KazTAG” xəbər verir ki, siyahıya hərbi əməliyyatlar üçün istifadə edilə bilən məhsullar daxildir.
...Biz bütün malları ixrac edirik, müharibə ilə bağlı olanlar istisna olmaqla - onlara məhdudiyyətlər qoyulur. Bunlar 106 növ maldır - biz onların ixracını tamamilə qadağan etmişik.
Bunu Qazaxıstan ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebaev bildirib.
Qeyd edək ki, elektrik çipləri və müxtəlif elektron cihazların Rusiyaya satışı qadağan edilib.
Torebayev bu tipli malların ixracının qadağan olduğunu bildirsə də, lakin idxala hələ də icazə verilir.
Xatırladaq ki, may ayında Rusiyanın Qazaxıstandakı şirkətlər vasitəsilə Ukraynadakı müharibə üçün çiplər və dronlar almaqla sanksiyalardan yayındığını iddia edən bir araşdırma yayımlamışdı.
Qazaxıstan hakimiyyəti iddia edir ki, 2022-ci ilin may ayından etibarən Rusiyaya hərbi malların tədarükünü tamamilə qadağan edib, ikili təyinatlı mallar üçün xüsusi sertifikatlaşdırma və ixrac icazəsi tətbiq edib.
Eyni zamanda, Qazaxıstan Xarici İşlər Nazirliyi etiraf edib ki, özəl firmalar qadağan olunmuş malları təkrar ixrac edə bilər, lakin ölkə hakimiyyəti bu cür tədarükləri dayandırmağa çalışır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB