Bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gələcək. SİA xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Sunak israilli həmkarı Binyamin Netanyahu və Prezident İshak Hersoq ilə görüşəcək, daha sonra regionun digər paytaxtlarına yollanacaq.
İsrailin “Haaretz” qəzeti qeyd edib ki, Sunakın səfəri İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair verdiyi zəmanətlər sayəsində mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB