ABŞ prezidenti Qəzza sakinlərinə 100 milyon dollar yardım edəcək
ABŞ prezidenti Cozef Bayden İordan çayının qərb sahilində yaşayan Qəzzalılar və fələstinlilər üçün 100 milyon dollarlıq humanitar yardım elan edib.
“...Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Bayden bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Amerika prezidentinin Ukrayna, İsrail və Tayvana kömək üçün Konqresdən təxminən 100 milyard dollar istəmək fikrində olduğu bildirilirdi.
Yeri gəlmişkən, İsrail də öz növbəsində ölkəyə 10 milyard fövqəladə yardım göstərmək xahişi ilə ABŞ-a müraciət edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB