Bu arada Almaniya öz xüsusi təyinatlılarını Qəzza zolağından alman girovlarının azad edilməsi əməliyyatında iştirak edəcəyi iddiası ilə Kiprə göndərib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniya özünün məşhur “döyüş üzgüçüləri” bölüyünün elit döyüşçülərini adaya köçürüb.
Qeyd edək ki, jurnalistlər Almaniya xüsusi təyinatlılarının döyüş sursatı ilə birlikdə göndərildiyini öyrəniblər.
“Bild” nəşrinin yazdığına görə, Qəzza və ya Livanda əməliyyat zamanı dənizdən “döyüş üzgüçüləri”ndən istifadə etmək mümkündür.
Girovların azad edilməsi ilə məşğul olan federal polisin xüsusi təyinatlı hissəsinin səfərbər olunması və bölgədə hərbi nəqliyyat təyyarələrinin cəmləşməsi də məlum olub.
İlkin məlumatlara görə, söhbət Almaniya vətəndaşlarının HƏMAS əsirliyindən azad edilməsi üçün mümkün əməliyyatlardan gedir.
Verilən məlumatlara görə, “Federal hökumət Yaxın Şərqdəki bütün ssenarilərə hazırlaşır”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB