Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev Baş Prokurorluğa, İstintaq Komitəsinə, Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə teleaparıcılar İvan Urqant və Aleksandr Qudkovun ifadələrinin yoxlanılmasını xahiş edib.
Bundan əlavə onun iddiasına görə, iş adamı Mixail Fridman, eləcə də şoumenlər Maksim Qalkin və Aleksandr Revva Rusiya qanunlarına riayət etməlidirlər.
SİA-nın əldə etdiyi məlumata görə, deputat müvafiq sənədi özünün Telegram kanalında dərc edib.
Piskarev, həmçinin moda tarixçisi Aleksandr Vasilyevin, bloger Ruslan Usaçevin və Samara vilayəti hökumətinin sədri Viktor Kudryashovun oğlu Yuri Kudryashovun ifadələrini yoxlamağı xahiş edir.
Və hələ bundan əlavə, deputat departamentlərdən Ukraynaya tammiqyaslı işğalın başlanmasından sonra ölkəni tərk edən və Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində iştirak etmiş hesab edilən ruslar barədə məlumat istəyib.
Qeyd edək ki, rusiyalı deputat Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkəni tərk edən “Rusiya əleyhinə bəyanatlar verən” və “Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən” vətəndaşları məsuliyyətlə hədələyib. Onlara dövlətə xəyanət maddəsi ilə cinayət işi açılacağı vəd edilib. Siyasətçi bildirib ki, belə insanlar “mədənlərə”, “yay olmayan yerlərə” göndərilməlidir.
Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, gedən ruslar arasında “Rusiyanın düşməni” olanlar da var. Onun fikrincə, belə insanlar üçün geri qayıtmaq istəsələr, “çətin ki, ölkədə onlara yer ola...”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB