Nikol Paşinyan hökumətinin istefası üçün İrəvanda keçirilən sentyabr etirazlarının 31 iştirakçısı hələ də həbsdədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Azadlıq” radiosunun erməni xidməti Ermənistanın İstintaq Komitəsinə istinadən yayıb.
Deyilənlərə görə, həbs olunanlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına hücumda ittiham olunurlar. Hüquq müdafiəçisi Zaruhi Hovhannisyanın “Azatutyun” radiosuna verdiyi məlumata görə, həbs edilənlərdən 26-sı İrəvanda Ermənistanın ən böyük cəzaçəkmə müəssisəsi olan Nubaraşendə saxlanılırlar. Onun dediyinə görə, tutulanların guya əksəriyyəti tələbələrdir.
Qeyd edək ki, İrəvanda etirazlar 2023-cü il sentyabrın 19-da Azərbaycanın şərtləri ilə bağlanmış tanınmamış Qarabağda atəşkəsə cavab olaraq başlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını və Qarabağ ermənilərinə yardım göstərilməsini tələb edən etirazçılar küçələrə çıxmışdılar.
Xatırladaq ki, etiraz aksiyaları zamanı müxalifət liderlərindən biri, “Ana Ermənistan” blokunun nümayəndəsi Andranik Tevanyan və eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da saxlanılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB