“Münaqişə zamanı ölənlərin sayı gün keçdikcə artır“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Münaqişə zamanı ölənlərin sayı gün keçdikcə artır“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Bu gün artıq İsrail-Həmas münaqişəsinin 10-cu günüdür. Münaqişə zamanı ölənlərin sayı gün keçdikcə artır. İsraildən 1400, Fələstindən isə 2450 nəfərdən artıq insanın ölməsi təsdiqlənib. ABŞ-ın iki hərbi gəmisi artıq körfəzdədir və onların yalnız Qəzza zolağındakı amerikalıları müdafiə edəcəkləri bildirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, BMT-nin baş katibi İsrailə təcili humanitar yardım etməyi və HƏMAS-a da təcili, heç bir tələb irəli sürmədən əsirləri azad etməyi çağırıb: "Dünyanın bir çox ölkələrində Fələstin xalqına dəstək aksiyaları keçirilir. İsrail Qəzza zolağında əməliyyatlara başlasa, bu çox ağır nəticələr verər və İran da bu münaqişəyə qoşula bilər. Bu isə vəziyyətin daha da gərginləşməsi deməkdir. Hətta üçüncü dünya müharibəsinin başlamasına anlar qalıb deyə bilərik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə