“Zelenski korlanmış uşaq kimidir...”

Pine Zelenskinin Ukraynaya yardım tələblərini pisləyib və onların Kiyevi xarici tərəfdaşlarından uzaqlaşdırdığını bildirib
“Zelenski korlanmış uşaq kimidir...”

Bu arada keçmiş Pentaqon eksperti David Pine, Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə daimi yardım tələbləri Qərb müttəfiqlərini özündən uzaqlaşdırdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Dialogue works” YouTube kanalına müsahibəsində danışıb.

Pine Zelenskinin Ukraynaya yardım tələblərini pisləyib və onların Kiyevi xarici tərəfdaşlarından uzaqlaşdırdığını bildirib.

...Düşünürəm ki, Zelenski korlanmış uşaq kimidir. Onun Ukraynanı təchiz etməsi həmişə kifayət etmir. O, inanılmaz dərəcədə nankordur və Qərbdəki əsas müttəfiqlərini artıq özündən uzaqlaşdırır,

Bunu deyən Pentaqonun keçmiş ekspertinin sözlərinə görə, Zelenskinin davranışı hətta Amerika lideri Cozef Baydenlə də fikir ayrılığına səbəb olub.

Məsələ bundadır ki, Kiyev “F-16” qırıcıları və “Abrams” tankları tələb etdiyi üçün onların dialoqu daha da gərginləşib.

Pine, Ukraynanın Polşa ilə münasibətlərində də çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb,.. çünki Zelenski ilə əməkdaşlıq etmək çətindir.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Konqresi Ukraynaya dəstək verilməsinə qarşı çıxmışdı. Belə ki, Nümayəndələr Palatasının üzvü Endi Biqs, Kiyevin əks-hücumundakı uğursuzluğuna görə Vaşinqtondan əlavə yardım almayacağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə