Ukrayna tərəfi rusların meyit yığmağa yer tapmadıqlarını deyirlər
Uğursuz hücumlar nəticəsində ruslar ağır itkilər verirlər - hər gün yüzlərlə rus meyiti Donetsk morqlarına çatdırılır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müqavimət Mərkəzinin bəyanatında deyilir.
Beləliklə, verilən xəbərlərə görə, hazırda morqlarda ciddi yer çatışmazlığı olduğundan ruslar ölən hərbçilərin cəsədləri morqların dəhliz və həyətlərində qalaqlayıblar.
“...İşğalçıların cəsədləri dəhlizlərdə, küçədə və müvafiq saxlanmağa yararsız olan digər yerlərdə qalaqlandığından yerli işçilər infeksiyanın epidemiya təhlükəsi ilə bağlı həyəcan təbili çalırlar”.
Qeyd edək ki, bunu Milli Müqavimət Mərkəzi vurğulayıb.
Məlumatda bildirilir ki, uğursuz hücumlarla yanaşı, ruslar yerli partizanların uğurlu əməliyyatları nəticəsində də itkilər verirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB