Ukraynanın ərazi bütövlüyünü Qərb məhv edib...

Ukraynanın ərazi bütövlüyünü Qərb məhv edib...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rumıniyalı senator Diana Şoşoakanın Ukrayna prezidentinin Rumıniya parlamentində çıxışına mane olmaq çağırışı ilə bəyanatından sitat gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, Rumıniya parlamenti Zelenskinin çıxış etməli olduğu iclası ləğv edib. Ukrayna lideri Rumıniyanın xarici işlər naziri Luminica Odobescu və prezident Klaus İohannis ilə danışıqlar aparıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Lavrov, Qərbin indi çox maraqlandığı Ukraynanın ərazi bütövlüyünü məhz özü məhv etdiyini demişdi.

Ötən gün nazir qeyd edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransanın keçmiş prezidenti Fransua Olland və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ötən il açıq şəkildə etiraf ediblər ki, Minsk razılaşmaları vaxt qazanmaq və Ukrayna rejiminin hərbi arsenalını artırmaq üçün lazım olub.

Siyasətçilərin heç bir razılaşmanı yerinə yetirmək niyyəti olmayıb və onlar hamını çaşdırıblar.

Məhz Ukraynanın ərazi bütövlüyünü onlar pozdular.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə