Türkiyənin paytaxtı Ankarada "Fələstinə dəstək, sionizmə lənət" mitinqi keçirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bir çox dərnək və qeyri-hökumət təşkilatı tərəfindən Anıtparkda keçirilən mitinqdə himnlər oxunulub.
“Qüdsə salam, müqavimətə davam” yazılmış nəhəng pankartın asıldığı mitinq meydanında Fələstinə dəstək şüarları səsləndirilib.
Fələstinin Türkiyədəki səfiri Faed Mustafa burada etdiyi çıxışda İsrailin Qəzzada qadın, uşaq, yaşlı demədən 2 mindən çox insanı qətlə yetirdiyini bildirib.
İsrailin Fələstindəki zorakılığına etiraz olaraq İstanbulun Fatih şəhərində də Böyük Fələstin Yürüşü keçirilib. Burada vətəndaşlarla yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri intensiv iştirak ediblər.
Yürüşə Bilik Yayma Fondu Himayədarlar Şurasının sədri Bilal Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mustafa Şentop və sabiq daxili işlər naziri Süleyman Soylu da qatılıblar.
“Baykar” İdarə Heyəti və T3 Fondu Mütəxəssislər Şurasının sədri Səlcuq Bayraktar iştirtak etdiyi yürüşü bu cümlələrlə paylaşıb: “Zülmə səssiz qalmamaq üçün Böyük Fələstin Yürüşündə ailələrimizlə birlikdə Bəyaziddən Ayasofyaya getdik. Ayasofya məscidində Diyanət İşləri İdarəsinin sədri Əli Erbaşın başçılığı ilə qılınan şam namazından sonra Fələstində həyatını itirənlər üçün dualar edildi”.
Türkiyənin hər yerində qeyri-hökumət təşkilatlarının üzvləri və vətəndaşlar Fələstinə dəstək nümayişi keçirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB