““Rusiya demokratiyası”nda problemlər var...”

““Rusiya demokratiyası”nda problemlər var...”

AŞPA-nın Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasında 2024-cü il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə onun “qanunsuz” elan edilməsi ilə bağlı qətnaməsini yalnız Gürcüstanın müxalif “Vətəndaşlar” partiyasının nümayəndəsi Ketevan Turazaşvili dəstəkləyib. Hakim “Gürcü arzusu” partiyasının üzvləri isə səsvermədə heç iştirak etməyiblər.

“Gürcü arzusu”nun AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İrakli Çikovaninin sözlərinə görə, hakimiyyətdə olan partiyanın bəzi nümayəndələri oktyabrın 15-də parlament seçkilərinin keçiriləcəyi Polşada müşahidəçi qismindədirlər.

...Mən ilk növbədə sizinlə fəaliyyətimizin prioritetləri ilə bağlı razılaşmaq fikrində deyiləm. İkincisi, mən ictimaiyyətə izahat verdim və dedim ki, əvvəllər biz AŞPA-nın sessiyalarında müxtəlif tərkiblərdə iştirak etmişik, ona görə də burada heç bir fon yoxdur. Əgər biz Rusiya ilə nəyisə müzakirə etsək və ya nə isə danışırıqsa, bu, yalnız bir vəzifədən irəli gəlir - ərazi bütövlüyümüzün eləcə də işğal olunmuş ərazilərdə həmvətənlərimizin mövqeyinin bərpası...

SİA-nın əldə etdiyi məlumata görə, bunu Çikovani bildirib.

Maraqlıdır ki, gürcü səlahiyyətlisi Rusiyada demokratiyanın tam fəaliyyət göstərməsi ilə bağlı problemlər olduğunu da etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə