İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə təcili toplantı keçirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə siyasətçinin mətbuat xidməti xəbər verib.
Təl-Əvivdə keçirilən görüşdə siyasətçi müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Benni Qantzla birlikdə təhlükəsizlik vəziyyətini qiymətləndirib.
Görüşdə həmçinin İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi və Mossad kəşfiyyatının direktoru David Barnea da iştirak edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Yəhudi Dövlətinin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbi, İsrailin Qəzza zolağında HƏMAS yaraqlılarının hücumunun qarşısını almaq missiyasını yerinə yetirə bilmədiyini bəyan etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB