Londonun mərkəzində minlərlə insan fələstinlilərə dəstək üçün toplaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sky News” xəbər verir.
...Fələstin bayraqları, rəngli tüstü məşəlləri və “Azad Fələstin” şüarları ilə Böyük Britaniyanın paytaxtının mərkəzi küçələrində minlərlə adamın müşayiəti ilə yürüş gedir.
Verilən xəbərlərə görə, Baş nazirin kabineti yaxınlığında etirazçılar Rişi Sunakın ünvanına “Ayıb olsun!” qışqırmağa başlayıblar.
Hazırda London küçələrində asayişi mindən çox polis qoruyur.
Onlar HƏMAS-a dəstək ifadə edən insanları həbs edəcəkləri barədə xəbərdarlıq da ediblər.
Deyilənlərə görə, Fələstin tərəfdarı nümayişlərini Mançester və Edinburqda da keçirirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB