Qərb İsrailin Qəzza sakinlərini evakuasiya etmək çağırışına “biabırçı şəkildə susur”
Medvedevdən ritorik sual...

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev İsrailin Qəzza sakinlərinin təxliyəsi çağırışı fonunda Qərbi utancaq susqunluğuna görə qınayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini oktyabrın 13-də Telegram-da müvafiq yazı dərc edib.

Beləliklə, Dmitri Medvedev İsrailin Qəzza zolağının sakinlərini təcili olaraq evlərini tərk etməyə və anklavın cənub hissəsinə təxliyə etməyə çağırışını şərh edib.

Rusiyalı siyasətçi qeyd edib ki, Qərb ölkələri İsrailin Qəzza zolağının bir milyondan çox sakininin təcili təxliyəsi ilə bağlı çağırışına məhəl qoymayıb.

Eyni zamanda Medvedev Rusiyanın Ukrayna hakimiyyətinə analoji tələbinə necə reaksiya verəcəkləri ilə bağlı ritorik sual verib: “İsrail ordusunun tələbi ilə bir milyondan çox Qəzzalı təcili olaraq zolağın cənubuna təxliyə edilməlidir. Bütün “Qərb tərəfdaşları” həyasızcasına susurlar. Görəsən, Kiyev rejiminə böyük şəhərlərdən birinin boşaldılması tələbinə onların reaksiyası necə olacaq?”

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin mülki əhalini Qəzzanı cənuba boşaltmağa çağırdığı məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə