"Kərkük-Ceyhan neft kəmərindən Türkiyəyə nəqlə başlamağa hazırıq"

"Kərkük-Ceyhan neft kəmərindən Türkiyəyə nəqlə başlamağa hazırıq"

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Kərkük-Ceyhan neft boru kəmərindən Türkiyəyə nəqlə başlamağa hazır olduqlarını bəyan edib.

Sudani Rusiyanın paytaxtı Moskvada keçirilən Rusiya Enerji Həftəsinin əsas sessiyasında açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələlər səbəbindən Kərkük-Ceyhan neft kəməri ilə daşınmanın dayandırıldığını xatırladan Sudani deyib:

"Lakin bu yaxınlarda müəyyən texniki yoxlamalar aparılıb ki, bu da kəmərin hazır olduğunu göstərdi. Hökumət də daşımaları yenidən başlamağa hazırdır. Bu barədə Türkiyə rəsmilərindən də məlumat almışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə