İsrail Səhiyyə Nazirliyi HƏMAS üzvlərini müalicə etməyi qadağan edir
İsrail Səhiyyə Nazirliyi İsrailə hücum edən HƏMAS radikal qruplaşması üzvlərinin bu ölkənin dövlət xəstəxanalarında müalicəsini qadağan edib.
SİA-nın əldə etdiyi məlumata görə, “The Jerusalem Post” nəşri bu əmri İsrailin səhiyyə naziri Moşe Arbel tərəfindən verildiyini bildirib.
“Bu çətin dövrdə səhiyyə sistemi bütün diqqətini cinayətkar qırğın qurbanlarının, İsrail Müdafiə Qüvvələri əsgərlərinin müalicəsinə və növbəti hadisəyə hazır olmağa yönəltməlidir”.
Bunu deyən Arbelin sözlərinə görə, “bu məsələnin həlli İsrail Müdafiə Qüvvələri və ya Şin Betə, yəni İsrail təhlükəsizlik xidmətinə həvalə edilməlidir”.
Verilən məlumata görə, İsrailin üç ən böyük xəstəxanasından biri olan Təl-Əvivdəki Sourasky Tibb Mərkəzinə heç bir HƏMAS üzvü qəbul edilməyib. Əvəzində onu müalicə üçün Ramladakı həbsxana klinikasına göndərdilər.
Yeri gəlmişkən, oktyabrın 12-də səhər saatlarında İsrail ordusu HƏMAS-ın daha iki üzvünü - qrupun dəniz qüvvələrinin yüksək rütbəli nümayəndəsi Məhəmməd Əbu Şamal və HƏMAS-ın İsrailə hücumunu lentə alıb yayımlayan Mustafa Şahinin öldürüldüyünü elan edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, HƏMAS-ın İsrailə hücumu başlayandan bəri qruplaşmanın 1500 əməliyyatçısı öldürülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB